Antik Misir mifologiyasında Fəlakət
Antik Misir mifologiyasında Fəlakət ... Bu mifologiya tanrılar və insanoğlu arasındakı dostluğun pozulmasının önəmli bir misalıdır. Dosluğun pozulmasındakı səbəblər günəş tanrısının insanlara qarşı güvənsizliyi və insanların bu güvəndən istifadə etməsidir. Nəticədə üsyanlar və fəlakət dərəcəsində ölümlər olmuşdur. Əslində insan irqi və tanrılar arasındakı münasibət Nil sahili boyunca yayılan sonsuz növdə mikro dünyaya bağlıdır. Sistem rahiblərin iyerarxik quruluş içində idarə etdiyi məbədlərdən təşkil olunurdu. Firovunun rahiblərə verdiyi vəzifələr günlük ayinləri yerinə yetirmək və məbədə ərzaq tədarük etmək idi. Bu vəzifələr lazimi qaydada yerinə yetirildiyi halda tanrılar və tanrıçalar razı qalmaqda və Misirə qarşı mərhəmətli olmaqda idi. Baş rahib tərəfindən həyata keçirilən ətraflı rituallar, zamanın başlanğıcında yaradıcı tanrı tərəfindən qurulan kainatdakı sistemə bir cavab idi. Kosmik sistem, həqi...


