MORTE- Ölüm

İnsanlıq yaradılışından bugünə ölüm və dirilmək haqda hər zaman fikirləşmişdir.  

Bütün inancların və dinlərin bu mövzu haqda fikirləri var. Hətda filmlərdə belə diriliş hekayələrini görürük. 

Bəs dirilmək həqiqətəndə mümkündür?

Ölmüş bir insan ilə yaşayan bir insan arasındaki fərq nədir?

Ölümü anlamaq üçün əvvəla həyatı anlamaq lazımdır. 

Köhnə bir teoriyanın Vitalizm adında bir fikri var idi: "Yaşayanlar misilsizdir çünkü onlar özəl bir maddə və enerji ilə doludur". 
Bu inanc bir vaxtlar dünyada çox bilinirdi. Vitalizm inancı 17. əsrdə elmi tərəqqi ilə yox olmağa başladı. 

Dekart bu düşüncəni təkmilləşdirərək belə açıqladı : "İnsanın digər mexanizmalardan fərqi yoxdur. Müqəddəs bir şəkildə ruh yaradıldı və beyinin epifiz vəzisinə yerləşdirildi".

1907. ildə doktor Duncan Macdougall ruhun müəyyən bir çəkiyə sahib olduğunu iddia etdi.
 Hətda xəstələr üzərində ölümdən əvvəl və sonra kimi ağırlıq ölçümləri edildi. Bu eksperimentlər nəticəsində təxmini olaraq 21 qram ağırlığın ölümdən sonra bədəni tərk etdiyi təyin edildi. 

Bütün bu teoriyalar və aparılan eksperimentər günümüzdə bizi hansı nöqtəyə gətirdi?

İndiki biliglərimizlə həyat davam edən bir bilojik dövranın içindədir. Və bu dövranı anlamaq üçün daha kiçik səviyə olan hüceyrə səviyyəsinə enmək gərəktir.  

Entropiya

Entropiya sistemin nizamsızlıq dərəcəsidir. Bir  bədənin ölümü hüceyrə qatında yaranan Entropiyadan aslıdır. Bu nizamsızlıq geri döndürülməyən bir prosesdir. Hüceyrələrində entropiya artımı olan bir organizmanın xaricdən köməklə təkrardan nizamlanması imkansızdır.  
Məsələn ölmüş bir bədənin ağciyərlərinə qurğular vasitəsi ilə oksigen göndərilsə belə o orqan artıq funksiyasını itirmiş bir sistemdən ibarətdir. 

Texnologiya ve elmin inkşafı daha öncədən ölüm olaraq dəyərləndirilən bəzi halların artıq geri döndürülməsinə imkan verir. Koma vəziyəti buna ən uyğun misal olar.  Gələcəkdə olacaq inkşaflar bəlkədə bizlərə gününmüzdəki ölüm halının bərpasına belə imkan yaradacaq. Gələcəkdə bu diriliş mövzusu daha da inkşaf edə bilər.

Təbiyətdə bəzi heyvanlar demək olar ki ölüm halına çatacaq qədər öz sistemlərini dayandıraraq həyatlarını uzatır ve ya çətin şərtlərdə sağ qalırlar.  
Məsələn meşə qurbağası. Şimal qütbündə yaşayan bu qurbağa soyuq qışı keçirmək üçün öz sistemini özü donduraraq dayandırır. Bir növ soyuq onu öldürmədən o özünü öldürür. Daha sonra da qış bitdikdən sonra yenidən dirilir.  

 Biz də meşə qurbağası kimi özümüzü dondurub daha sonra yenidən dirilə bilərik mi? 

Amerikanın keçmiş başçılarından olan B. Franklin bir elm adamına məktubunda deyirdi: "Kaş insanları dondurub daha sonra oyandıracaq elmi bir metodumuz olsaydı. Bu yolla 100 il sonrakı Amerianı 1 günlüyünə görməyi ve ardınca ölməyi qəbul edərdim. Normal bir ölümdənsə belə bir ölümü seçərdim. Gələcəkdə elmimizin bunu bacaracağından şüphəm yoxdur".

Hal hazırda dondurulmuş olaraq nə vaxtsa oyandırılmağı gözləyən 230 bədən var. 
Maye Nitrogen dolu çənlərin içində birgün elmin onları yenidən həyata qaytaracağı səviyəyə çatmağını gözləyirlər. 

Günümüzdə bəlkədə fizioloji baxımdan bədəni geri qaytarmaq mümkün deyil ama başqa bir metod daha var. 

Zehnimizi yükləmək?

İnsan zehninin bir sistemə yüklənilməsi də günümüzdə araşdırılan bir mövzudur.  

Bütün bu araşdırmalar və elmi kəşflər insanlığın ölümdən qorxusundan mı yaranır?

Əslində ölümün qorxulu olmasının səbəbi anlıq çətinliyi deyil geri qayıtmasının imkansız olmasıdır.   


Bu sadəcə keçici bir bədəndir. Sənə yeni bir bədən düzəlt...........









Yorumlar

Popüler Yayınlar