Antik Misir mifologiyasında Fəlakət

      Antik Misir mifologiyasında Fəlakət ... 


Bu mifologiya tanrılar və insanoğlu arasındakı dostluğun pozulmasının önəmli bir misalıdır.  


Dosluğun pozulmasındakı səbəblər günəş tanrısının insanlara qarşı güvənsizliyi və insanların bu güvəndən istifadə etməsidir. Nəticədə üsyanlar və fəlakət dərəcəsində ölümlər olmuşdur. 


  Əslində insan irqi və tanrılar arasındakı münasibət Nil sahili boyunca yayılan sonsuz növdə mikro dünyaya bağlıdır. Sistem rahiblərin iyerarxik quruluş içində idarə etdiyi məbədlərdən təşkil olunurdu. Firovunun rahiblərə verdiyi vəzifələr günlük ayinləri yerinə yetirmək və məbədə   ərzaq tədarük etmək idi. Bu vəzifələr lazimi qaydada yerinə yetirildiyi halda tanrılar və tanrıçalar razı qalmaqda və Misirə qarşı mərhəmətli olmaqda idi. 


   Baş rahib tərəfindən həyata keçirilən ətraflı rituallar, zamanın başlanğıcında yaradıcı tanrı tərəfindən qurulan kainatdakı sistemə bir cavab idi. Kosmik sistem, həqiqət, doğruluq, düzən tanrıçası MUUT tərəfindən təmsil olunurdu.  


Firavunlar əksəriyətlə yaradıcı tanrının qanunlarına  bağlılıqlarını gösdərmək məqsədiylə başlarında dəvəquşu tükündən  başlıq olan bir diz çökmüş qadın şəklindəki  heykəli daşıyarkən  göstərilirdi. Tanrıçanın heykəlinə qurban vermə və onun hüzuruna çıxma səhnələrinin hamısı açıq bir şəkildə məbəd papiruslarında qeyd olunmuşdur. Məbədlərin divarlarında Firovunun simvolik olaraq  xüsüsi otaqlarda ruhban sinifinin  üst vəzifələrinə təyin etdiyi təmsilcilərin hərəkətlərindəndə şəxsi olaraq məsul olduğunu göstərən şəkildə ayinləri apardığı görülür. Bu sistem insanlar arasında Misir tanrılarının yanlarında olduğu inancını göstərərək optimist bir aura yaradırlar.  


     Əlbəttə bəzi insalar tanrılara qarşı gəlməkdə və günahları səbəbilə tanrı və tanrıçalar tərəfindən cəzalandırılmaqdaydı.   


19-cu Xanədanlıq dövründə tarixlənən tanrılara qarşı bu cür hörmətsizliklərlə bağlı misalların bu gün DeAyrülmədinə olaraq bilinən kral məzarlarının olduğu bölgədəki işçi kəndlərindəki obelisklərdə rast gəlirik. 


    Başlanğıcda yerli məbədlərə verilən bu obelisklər insanların səhvlərindən gördükləri peşmançılıq və hörmətsizlik  etdikləri, tanrının cəzasından qurtulmaq istəyi ilə dilədikləri mərhəməti əks ettirirdilər. 


    "Purun" muzeyindəki bir obeliskdə Nefertabu və Kral məzarlarının qoruyucu tanrısı Meretsegera qarşı bir günah işlənmişdi. Nə olduğu bilinməyən bu günaha qarşılıq Meretseger onu doğum sancısına bənzər bir ağrı ilə cəzalandırılır. Daha sonra Meretsegerin bu insana yazığı gəlir və soyuq  əsintilərlə onun ağrısını sakitləşdirir. 


   İngilis muzeyindəki bir obelisk Neferabu Maatın Əfəndisi Tah adına and içərkən andı səhv oxuyur. Bunun üzərinə tanrı Neferabunun gözlərinə pərdə endirir və onu kor edir. Neferabu Tahın cəzasını qəbul edir. 


    Hökmdarların  tanrılara qarşı çıxaraq ölkələri idarə etdiyi də olmuşdur. Firovun Akenaton  dövrü Aton adlanan günəş kursunun üstünluk qazanmasına, məbədlərin bağlanmasına Amon-Ra daxil bütün tanrıların ortalığından qaldırılmasına şahid olmuşdur. 


Daha sonra oğlu Tutankamonun taxta keçməsi ilə Akenaton qanunları dəyişdirilmiş, məbədlər yenidən açılmışdır.  


Karnaq məbədindəki bir obeliskdə Firovun Akenatonun sərhətsizliklərinin tanrıları necə bir ruh halına saldığından bəhs edilir.Bu dövrdə tanrı və tanrıçaların məbədləri xarabalığa çevrilmişdir. Məbədlər viran qalmış və hər tərəfini yabanı otlar bürümüşdür. Məbədlər yox olmuş kimi idi və həyətləri yol olaraq isifadə olunurdu . Tanrılar bu ölkəyə üz çevirmişdilər. İnsanların duaları tanrılar tərəfindən qarşılıqsız  qalırdı.  İnsanların qəlbləri  ağrıyırdı və bu ağrı bədənlərinə də yayılırdı. 


Başda Amon və Ra üçün olmaq  üzərə Tutanxamon tərəfindən məbədlər restorasiyalar edildi və beləliklə tanrılar Misirə təkrar mərhəmətlərini göstərdilər. 


Fəlakət mifi hakim gücün bütövlüyünü qorumağı  məqsədləyən içində sehirlərin olduğu müqəddəs İnik kitabəsi olaraq adlandırılan külliyatda bir hissə olaraq yer almaqdadır. Bu kitabənin  bölümlərinin ilk nüsxəsi Tutanxatonun Krallar Vadisindəki məzarında, indi isə Qahirə muzeyidə olan sandığının üzərində yerləşdirilən 4 vərəqli mühafizənin ən çöl qismindədir.  Mətnin daha uzun bir versiyası isə birinci  Setin Kraliyət vadisində yerləşən məzarının sandıq otağının çölündəki bir otaqdadır. 


 19 və 20 -ci Xanədanlıq dönəmlərinə aid digər kraliyət məzarlarında bu kitabənin bölümlərinə  rastlaşmaqla və bu da mifin tam bir mətnini təşkil etməyimizə köməklik etməkdədir. 


Müqəddəs  inək kitabəsinin rolu fəlakət mifi irəlilədikcə də aşkar hala gələcəkdir. 


Hadisə Misirin doğrudan Günəş tanrısı Ranın hakimiyəti altında olduğu dövürdə baş verib.                Bu dövr əlbətdə tarixi olaraq ölçülməz bir zaman dilimidir və ayrı bir mifolojik keçmişə aiddir. Bununla yanaşı önəmli bir papirusun və Manetonun xanədanlıqlarla bağlı araşdırmasından         (M.Ö) 3000 ci illərdə Misirin Firovununun idarəsi altında birləşmədən qabaq tanrıların idarəsində olduğu görünür.  


Müqəddəs İnək kitabəsinin bir hissəsində insanlığın Ranın ölkəni idarə edəbilməyəcək qədər yaşlı olduğunu bəzi şeytani planlar qurduğundan danışılır. 


Daha sonraki dövrdə Frovunlar yaşın yaxşı bir idarəçi olmanın önündə bir əngəl olmadığını göstərmək üçün bəzi tədbirlər almışdır.  


50-ci yubley festivalları hökmdarların üstün bacarıqlarını  yeniləmək  üçün dizayn edilmiş və Günəş tanrısının  mövcudluğu  sümükləri gümüşdən, əti qızıldan və saçları göy daşlardan düzəldilən məbəd bütü ilə canlandırılmışdır. 


RA əvvala yaradılış anında özünün yarandığı ilk maddə olan Nudan danışar, sözlərində insanların öz gözyaşlarından necə yaradıldığına və indi də ona qarşı xəyanət etdiklərindən bəhs edərdi.            Bütün insanlığı ödürmədən əvvəl, Nunun fikrini soruşar .  


Nu R’nın gözünün insanların ürəyinə qorxu salacaq və onları yox edəcək deyə cavabı verər.  


Artıq Ra onun üçün hazırlanan planlara qəzəbləndiyini insanlarında bildiyini bilirdi. İsanların axın axın Misir səhralarına qaçdığını gördü. Tanrılar da onlardan qisas almaq üçün Raya təziq edirdilər. Ranın gözünün simvolik olaraq nəyi təmsil etdiyi qarışıq mövzudur. Amma bilinən ən əsas xüsusiyyət onun Radan ayrı bir varlıq yaratdığı, hətta uzaq səfərlərdə çıxıb geri gəldiyidir. Burada Ranın gözü qızı tanrıça Xator olur. Yunan mifalogiyasındakı Afroditaya  bənzəyən Xatoru çox vaxt Firovunu südü ilə bəsləyən  ana və ya eşq tanrıçası olaraq görüruk. 


    Fəlakət mitində isə Xator məğlubedilməz gücləri olan və insanları çöldə izləyərək öldürən  bir tanrıça olaraq qarşımıza çıxır. Geri qayıtdığında RA ya etdiyi qətliyamdan danışır və qürur duyan, qana susamış bir haldadır. 


Mif irəlilədikcə Ranın gözü Xator çox daha qarışıq bir hal alır. Hətta Xatorun adının qəddar qüdrət sahibi tanrıça Sagmetə çevrilməsindən bəhsedilir. Beləliklə Mif bizə qana susamış ,qəzəbli və özünü itirmişcəsinə insanlara hücum edən dişi aslan təsvirini təqdim edir. 


   Ranın gözü Xator ertəsi gün edəcəyi qətliyam üçün istirahətə çəkilir.  


Lakin  Günəş tanrısı qəzəbini unudub insanlara sevgi bəsləməyə başlayar. Bu dəyişikliyin səbəbi haqda hər hansı bir məlumat yoxdur amma Misirdəki məbədlərin ibadət üçün gələn insanlardan məhrum qalacağını düşünməsi ehtimal olunur. Bununla birlikdə insanların yox edilməsi yaradıcı tanrının kozmik sistemində böyük bir boşluğ yaradacaqdır. Ranın fikir dıyişdirərək insanları bağışlamasına böyük ehtimalla kainatın insanlar olmadan mənasını itirəcəyini düşünməsi səbəb olmuşdur. 


    Hərnə səbəblə olursa olsun RA insanlara olan qəzəbini unutdu və Xatordan onları qorumağ üçün plan hazırladı. Tanrılar insanları xilas etmək üçün Tanrıça Xatorun istirahət etdiyi gecə hərəkətə keçməli idilər. 


Ra elçilərini Asvana böyük ölçüdə qırmızı torpaq gətirməyə yolladı. Daha sonra Helyapolisin rahibələrinə  bu torpağı sıxıb qul qızların arpa şərabı ilə qarışdıra biləcəkləri bir əşya hazırlamaqlarını tapşırdı. 7 min şüşə insan qanına bənzəyən şərabla dolduruldu. Gecənin sonuna doğru Ra və yanındakılar tanrıçanın insanları qətledəcəyi yerə gedib şərabları ora tökərək bir qan gölü yaradırlar. Səhər olduğunda tanrıça qanı görər və bu hədiyyənin sevinci ilə içməyə başlayar və zəhərlənər. Nəticə olaraq öncəki qətliyamdan sağ çıxan insanları tapmağda müvəffəq olmaz.  


Mif insanlığın nəslinin demək olar ki yox olacağından və sonra Günəş tanrısının onları xilas etməsindən və yeni idarəçinin yaranmasından  bəhs edərək davam edər.  


Həm Futanxamonun həmdə  1-ci Setin məzarındakı təsvirdə göy qübbəni şəkilləndirən böyük tufan adlandırılan inəyi göylər tanrısı Nut ilə birləşdirən təsvirlərdən ibarətdir.  


İnsanlardan şüphə edən və onlardan bezmiş olan Ra Misiri tərk edər. Amma bu Ra nın vəzifəsini tamamilə tərk etdiyi mənasına gəlməz. Ra insanları idarə etməsi üçün müdriklik tanrısı Tofu özünə vəkil təyin edər. Tof Ranın əmriylə bütün elmi, tibbi və Riyazi bilgilərin gizli olduğu müqəddəs  kəlmələri insanlara öyrədər. 


     Fəlakətlər hər inancada özünə yer tapıb. Əksəriyyət inanclar da bu fəlakətləri tanrıların bir cəzası olaraq düşünür. 


Keçmişdən günümüzə inanc tarixlərində saysız hesabsız fəlakətdən bəhs edilir. Bunun başlıca səbəbi olaraqda Tanrıların insanlara qəzəblənməsi olaraq bilinir.  


Danılmaz bir fakt da varki bütün fəlakət və ya qiyamət sennariyaları  bənzərdir. Bu da inancların, dinlərin və mifologiyaların biri birindən ilham aldığı gerçəyini ortaya çıxarır.  


 


Göz dəhşətlə açıldığı, ay tutulduğu, günəş və ay birləşdiyi zaman. O gün insanlar kaçacağ yer var mı deyəcəkdir  



Yorumlar

Popüler Yayınlar