TANRININ İŞĞALI

 

Azteklər Amerika qitəsinin yerli və ən inkşaf etmiş qəbilələrindən biri idi. O zamanki əhalisi 5 milyona yaxın olan bu dövlət böyük döyüşlərlə deyil sadəcə 550 İspanyalı işğalçı tərəfindən yıxılıb. Bu işğalçı dəstənin başında isə Hernan Kortes var idi.

 1485 ilində İspaniyada doğulan H.Kortes varlı bir ailədən idi, ama o digər ailə üzvlərindən fərqli olaraq biraz daha macərapərəst idi. Məktəb təhsili çox marağında olmadığından 18 yaşına çatdığında coğrafi kəşflər etmək üçün Kubanı işğal edən orduya qatılmışdı. Bu səfərdə əldə etdiyi uğurlara görə ona gənc yaşında Kubada kiçik bir bölgənin idarə olunması vəzifəsi verilmişdi.

Daha sonra göstərdiyi xidmətlərlə daha da gözə girən Kortesə indiki Meksika sahillərinə kiçik bir kəşfiyyat səfəri təşkil etməsi tapşırıldı. Ancan bu kiçik səfər böyük bir işğala çevrildi.

H.Kortes tez zamanda hazırlıqları tamamlayıb, 550 silahlı İspan dənizçi, 10 top  və 20 atlıdan ibarət bir ordu ilə Meksika sahillərinə gəldi.

Sahildəki bəzi Aztek qəbilələri ilə qarşılaşsa da böyük bir hadisə yaşanmadı. Azteklə H.Kortesi sanki illərdi tanıyır və gözləyirdilər. Yerlilər Kortese öz dillərində Kedzalkod diyə səslənirdilər. Bu sözün mənası Aztek dilində tüklü ilan deməkdir. Kedzalkod Aztek inancındaki tanrılardan biri idi. Aztek inancına görə Kedzalkod illər öncə bu diyardan çıxıb getmişdi. Azteklər hər il bu tanrı üçün qurbanlar kəsib onun geri dönməsini istəyirdilər.

H. Kortesin uzun bir saqqalı var idi. Bu Azteklər üçün çox qəribə bir hal idi. Çünkü Aztek kişilərinin heç birinin saqqalı çıxmırdı.  Yəni Azteklər üzü tüklü və parıltılı zireh içindəki daha əvvəl heç görmədikləri bu insanı öz tanrıları bilmişdilər.

H.Kortes daha sonra Meksikanın iç hissələrinə doğru getmək istəmiş ama İspan əsgərlər geri qayıtmaq istəmişdi. Kortes tanrı olaraq adlandırıldığı bu torpaqları çox sevirdi və buradan getməy istəmirdi.  Əsgərlərin qaçmaması üçün bütün gəmilərini yandırdı.

Məcbur qalan İspanlar Aztek ölkəsinin paytaxtı Tenoçidlana doğru irəlilədilər. Yol boyunca bütün qəbilələr Kortesə təslim olub onun tərəfinə keçirdilər. Beləliklə Kortes özünə yerlilərdən ibarət böyük bir ordu toplamışdı.

Kortes şəhərə döyüşsüz at üzərində girdi. Ölkənin kralı belə Kortesi qarşılamağa gəlmişdi.

Tanrılarının geri döndüyünü düşünən Azteklilər bundan sonra bolluq və bərəkətin olacağına inanırdılar.

Lakin Kortes ölüm və qarətdən başqa heçnə gətirmədi.














Yorumlar

Popüler Yayınlar