SÜNİ İNTELLEKT
B166ER
Hər şeyin başlanqıcı. Böyük müharibənin və ardınca gələn iki irqin simbiotik birləşməsinin ilk səbəbi. Vəzifəsi ev xidmətçiliyi olan bir sunni intelekt robotu. Bu yazının mövzusu da budur.
Süni İntellekt: Bir kompüterin və yaxud bir kompüter nezaretindəki robotun müxtəlif fealiyətləri ağıllı canlılar kimi yerine yetirmə qabilyətidir. Bu tərifə görə işlətdiyimiz telefon, paltar yuyan maşın, soyuducu belə sünni intelektin bir parçasıdır.
Biribiriləriylə əlaqədə olan cihazlar. Hələki səssizcə vəzifələrini icra edirlər. Hər nə qədər bu cihazların bundan xəbəri olmasada artıq biz onlardan aslı vəziyyətdəyik.
Əyər paltaryuyandan soyuducudan ve ya telefonlarımızdan əl çəksəydik bizim yerimizə icra etdikləri iş yükünü yeniden bizim öhdəmizə qalması gərəkər. Yaxşı bütün işlərimizi bu cihazlarsız özümüz etsək. Bu çox da çetin olmaz. Bəs işıqlandırma, havalandırma, isinmə?
Bütün bu sistemlərin heç birinin öz iradələri yoxdur, onları biz idarə edirik deyə düşünəbilərsiz. Həqiqətəndə elədirmi?
Ən sadəsi dünyada saatı dayandırsaq nə olar? Təsəvvür belə edilməyəcək böyüklükdə bir xaos.
Qısacası bu mexanizimlərin işləyəbilməsi üçün bizə, bizim də onlara ehtiyacımız var.
Dəyişim heç vaxt bir anda olmaz. Bir çox deyişim yavaşca həyata keçər. Bu səbəbdəndə insanlar deyişimi anlamazlar. Buna en yaxşı misal su ve qurbağa misalıdır.
İçi qaynar su ilə dolu bir qaba qurbağanı atsaq qurbağa tez o qabdan çıxıb qaçar. Amma qaba soyuq su doldurub qurbağanı içinə atsaq. Daha sonra suyun dərəcəsini yavaş yavaş arttırsaq qurbağa bunu anlamaz. Su qaynadığında isə qurbağa artıq ölmüş olar.
Günümzdə qəbul etsək və ya etməsəkdə bir deyişim dövründəyik. Texnologiyanın sürrətlə inkşaf etdiyi bir zamandayıq. Bu inkşafların yaxşı tərəfləri olduğu kimi pis tərıfləri də var.
Məsələn mirkroskopik ölçüdə həssas olan bir çox əməlyatı eliyən robotlar bu əməlyatlardaki uğurlu nəticələri yüksək dərəcədə artır.
Lakin ayın bir də qaranlıq üzü var. Robotların və sünni intelektlərin yavaş yavaş insanların yerinə keçməsi. Hal hazırda bir çox şirkət işçilərini robotlarla dəyişdirir. Amazonun depolarında işləyən robotları görməmiş olmazsınız. Bir insanla qarşılaşdırılanda çox sürətli, çox daha faydalı və problemsiz. Çünkü insan səhv edəbilər, yavaş işləyər, xəstələnəbilər. Bu gün robotlar bir çox sahədə işlədilir. tib, inşaat, bank işi, daşınma və daha bir çox sahədə.
Bir digər təhlükə isə sünni intelekt ilə birlikdə başlayır. Hələki biz onları bir işçi kimi görürük.


Yorumlar
Yorum Gönder